İyulun 17-də ABŞ-ın Şimali Las-Veqas hava limanında qəza baş verib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Beynəlxalq Hava Limanının nümayəndəsi Harri Rid iki təyyarənin toqquşduğunu təsdiqləyib.

"Qəza ilə bağlı yerli vaxtla günorta saatlarında zəng gəlib. Bu, hazırda ilkin məlumatdır və hər hansı ölüm faktını təsdiqləyə bilmirəm" deyə NLVPD zabiti Aleks Kuevas məlumat verib.