Sakit okean sahillərində əmələ gələn və "1-ci kateqoriya"ya yüksələn "Estelle" qasırğasının Meksikaya güclü yağışlar gətirəcəyi, sel və torpaq sürüşməsinə səbəb olacağı xəbərdarlığı edilib.

"Unikal" xəbər verir ki, Meksika Milli Meteorologiya Xidmətinin verdiyi açıqlamaya görə, "Estelle2 qasırğası ölkənin Sakit okean sahillərindəki altı ştatda güclü yağış, güclü külək, dolu və şimşək çaxmasına səbəb olacaq.

Qasırğanın çaylarda daşqın və sürüşmələrə səbəb ola biləcəyi vurğulanıb.

Səlahiyyətlilər vətəndaşlara mümkün fəlakətlərə görə diqqətli olmaları barədə xəbərdarlıq etməklə yanaşı, rəsmi açıqlamalara əməl etməyi tövsiyə edib.