Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələ yerli vaxta saat 01:43-də baş verib. Yeraltı təkanların episentri Aral şəhərindən 178 kilometr şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.