Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə iki PKK/YPG terrorçusunu zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçular “Sülh bulağı” əməliyyatı zonasına hücum hazırlayırdılar.

Nazirlik terrorçulara qarşı mübarizənin davam etdiriləcəyini qeyd edib.