ABŞ-ın İndiana ştatının İndianapolis şəhəri yaxınlığında atışma nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə "BNO News" telekanalı polisə istinadən məlumat yayıb.

Məlumata görə, hücum edən şəxs ticarət mərkəzinə gələn silahlı şəxs tərəfindən güllələnib.

Atışmanın başvermə şəraiti açıqlanmır, lakin hücumçunun əlində tüfəngin olduğu məlumdur.

Hadisə şahidləri 20-30 atəş səsi eşitdiklərini bildiriblər.