Müğənni Cennifer Lopez və aktyor Ben Afflek ikinci dəfə evlənib.

"Unikal" TMZ istinadən xəbər verir ki, cütlük nikah şəhadətnaməsini iyulun 16-da Şimali Karolina ştatının Klark qraflığında alıb.

Aprel ayında Afflek  Lopezə ikinci dəfə, ilk ayrılıqdan 20 il sonra evlilik təklifi edib.

Xatırladaq ki, müğənni və aktyor 20 il əvvəl artıq nikah bağlamışdılar. Onlar 2000-ci illərin əvvəllərində ən məşhur cütlüklərdən biri olub, lakin boşanıblar. Lopezin sözlərinə görə, cütlük yaşları az olduğu üçün kənardan gələn tənqidlərə, neqativlərə və dedi-qodulara dözə bilməyib. 

Ulduz cütlüyün üç övladı var.