Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın evinə bomba qoyulması barədə məlumat yayılıb.

"Unikal" xəbər verir ki, məlumatına görə, hazırda Ter-Petrosyanın evinə polis, kinoloqlar və xilasedicilər gəlib.

Hazırda polis əməkdaşları, eləcə də ER Polis Patrul Xidmətinin İrəvan alayının patrul dəstələri prezidentin evinə gəlməkdə davam edir.

Bir müddət ərzaidə axtarış aparan yerli hüquq mühafizə orqanları ətrafda heç bir təhlükəli predmet aşkar etməyiblər.

Eks prezidentin evinə bombo qoyulması ilə bağlı xəbərdarlıq özünü doğrultmayıb. 

Qeyd edək ki, bir müddıətdir Ermənistanda yüksək vəzifəli şəxslərin evlərinə və hökümət idarələrinə bomba qoyulması ilə bağlı yalan məlumatlar verilir.