Balıkəsirdə Edremit rayonunda səhnəyə çıxan Sibel Canın konsertində insident baş verib. 

"Unikal" xəbər verir ki, konsertin ortasında Kamal Kılıçdaroğlunun Balıkəsir mitinqini elan etmək istəyən millət vəkili ilə müğənninin qorumaları arasında mübahisə düşüb. 

Belə ki, CHP tərəfdarları müğənninin konsertindən istifadə edərək Kamal Kılıçdaroğlunun 24 iyulda Balıkəsirdə keçirməyi planlaşdırdığı mitinqi açıqlamaq istəyib.

CHP Balıkəsir Millət vəkili Fikrət Şahinin Sibel Cana çiçək vermək bəhanəsi ilə açıqlama vermək istəyib, lakin buna nail ola bilməyib.