Qazaxıstanın Aktobe vilayətinin Alqa şəhərində "LimanQaz" yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

"Unikal" xəbər verir ki, hadisə şahidləri görüntüləri internetdə paylaşıblar.

Tutumu 46 kubmetr olan sistern partlayıb. Partlayış nəticəsində 2 avtomobil və 22 kvadratmetr sahədə yanacaqdoldurma məntəqəsinin binası dağılıb.

"Yanğın söndürülməsinə Fövqəladə Hallar Departamentinin 26 əməkdaşı, 7 texnika cəlb olunub. Yanğınsöndürənlər alovu söndürməyə müvəffəq olub. Xəsarət alan olmayıb" - idarədən bildirilib.