Xorvatiya hökuməti Serbiya prezidenti Aleksandr Vuçiçə ölkəyə daxil olmağa icazə verməyib. İkinci Dünya Müharibəsi zamanı minlərlə serblərin öldürüldüyü Yasenovac konslagerini ziyarət etmək istəyən Vuçiç Xorvatiyaya səfər etmək istəyib. 

"Unikal" xəbər verir ki, bu barədə Xorvatiya hakimiyyəti qeyri-rəsmi mənbələrdən məlumat alıb. 

Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman bəyan edib ki, Serbiya hökumətinə səfərin qəbul edilə bilməyəcəyi barədə rəsmi məlumat verilib.

Radman həmçinin, "Dövlət Departamenti vurğulamaq istərdi ki, xarici rəsmilərin səfərləri hər iki tərəfin rəsmi ünsiyyət və razılaşma planına, vaxtı, keyfiyyəti və cədvəlinə tabe olmalıdır"-deyə qeyd edib.