“Azimut” şirkətinin İstanbuldan Mineralnıye Vodıya uçan təyyarəsi 64 yaşlı sərnişinin səhhəti pisləşdiyi üçün təcili olaraq Soçiyə enib. 

"Unikal" xəbər verir ki, bu barədə Soçi hava limanının mətbuat xidməti məlumay yayıb. 

Qadın xəstələnəndə pilotlar hələ havada olarkən tibbi briqada çağırıblar, lakin yerə enən kimi həkimlər xəstənin öldüyünü elan ediblər. 

Qadın əlil olub və İstanbuldan müşayiətçisiz uçub.