İranda Urmiya gölünün quruması ilə bağlı etiraz aksiyası keçirilib. 

"Unikal" iran mediasına istinadən xəbər verir iki, etirazçılar Urmiya gölünün xilas edilməsi üçün lazımi addımları atmamaqda hökuməti günahlandırır. 

Urmiya gölünün qurumasının qarşısının alınması üçün yetərli həssaslıq göstərilmədiyini bildirən yüzlərlə insan Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində aksiyaya qoşulub. Aksiya iştirakçıları “Urmiya gölü susuzdur!”, “Parlament Urmiya gölünün öldürülməsini əmr edir!” şüarları səsləndiriblər. Aksiya ilə əlaqədar təhlükəsizlik qüvvələri səfərbər edilib.

Qeyd edək ki, 2003-cü ildən su səviyyəsi azalmağa başlayan Urmiya gölü 2013-cü ildə tamamilə quruma təhlükəsi ilə üzləşib. Hazırda gölün 95 faizinin quruduğu bildirilir. 

Dünyanın ən böyük duzlu göllərindən biri olan Urmiya gölünün quruması ətraf ərazilərdə yaşayan və kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan azərbaycanlıların həyatına mənfi təsir edir.