Türkiyədə 4,3 maqnitudalı zəlzələ olub.

"Unikal"-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 14.55 radələrində baş verən zəlzələnin ocağı Manisanın Soma rayonu olub.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.