Marneulidə bir nəfər öldürülüb.

"Unikal" gürcü mətbuatına istinadən xəbər verir ki, mövcud məlumata görə, şadlıq evlərinin birinin həyətində orta yaşlı kişi güllələnib.

Yaralanan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxs silahı ataraq ərazidən qaçıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı iki maddə, yəni qəsdən adam öldürmə 108-ci və odlu silahı qanunsuz olaraq alma, saxlama və gəzdirmə faktını nəzərdə tutan 236-cı maddə ilə cinayət işi başlanıb. 

Qeyd edək ki, Marneuli Azərbaycanlıların kompakt yaşadığı Gürcüstan şəhərlərindən biridir. 

Gültəkin