Rus işğalçıları Xarkov yaxınlığındakı Çerkassı Tişki kəndini atəşə tutublar.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının iyunun 5-nə olan səhər xülasəsində məlumat yer alıb.

“Rus işğalçıları Çerkassı Tişki qəsəbəsi ərazisində fosforlu sursatlardan istifadə ediblər. Xarkov istiqamətində düşmən bölmələri əsas səylərini öz mövqelərini saxlamaq və qoşunlarımızın dövlət sərhədinə daha da irəliləməsinin qarşısını almağa çalışır" - Baş Qərargahdan bildiriblər.

Ramil Zeynallı