"Tesla" şirkətinin rəhbəri İlon Maskın sərvəti təxminən 17 milyard dollar azalıb.

"Unikal" xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Bildirilib ki, "Tesla"-nın işçi qüvvəsinin 10%-ni ixtisar etməli olacağı xəbərləri fonunda səhmlərin ucuzlaşmağı buna səbəb olub. Belə ki, Nyu-York birjasında keçirilən ticarət sessiyası zamanı "Tesla" səhmləri 5%-dən çox ucuzlaşdığından İlon Mask 16,9 milyard dollar itirib.

Buna baxmayaraq, Mask, hələ də planetin ən varlı adamıdır və 216,8 milyard dollar sərvətə malikdir.