Albaniya parlamenti ölkənin yeni prezidentini seçib.

"Unikal" xəbər verir ki, deputatların səsverməsi ilə Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Bayram Beqay bu ölkənin prezidenti olub.

Beqay 78 səs qazanıb ki, onlardan 74-ü hakim Albaniya Sosialist Partiyasının deputatları tərəfindən verilib.