ABŞ-ın Finiks şəhərində (Arizona ştatı) ticarət mərkəzində atışma nəticəsində azı doqquz nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb. Bildirilib ki, insident zamanı ticarət mərkəzində 100-ə yaxın insan olub.

Xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır. Yaralananların 17-24 yaş arasında olduğu qeyd edilib.

Telekanalın məlumatına əsasən, hadisə yerinin yaxınlığındakı küçələr bağlanıb, təhqiqat aparılır.