Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü il prezident seçkilərində yenidən namizəd olacağı açıqlanıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik məlumat verib.

O, Xalq Alyansının namizədinin Prezident Rəcəb Tayyib Ərdoğan olduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib.