Hindistanın Hapur şəhərində elektronika zavodunda kimyəvi maddənin partlaması nəticəsində azı 10 nəfər ölüb, 22 nəfər yaralanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt Yeni Dehlidən təxminən 60 km uzaqlıqda yerləşən Dhaulana sənaye obyektində baş verib.

Qeyd olunub ki, şirkət elektronika avadanlıqlarının istehsalı zavodu olaraq qeydiyyatdan keçib və orada hansı kimyəvi maddələrdən istifadə olunduğu barədə araşdırma aparılır.