Türkiyə ordusu İraqın şimalında daha 6 PKK terrorçusunu zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrorçuların yuvalarını məhv etməyə davam edirik. İraqın şimalında “Pəncə-Kilit” əməliyyatı zonasında müəyyən edilən 6 PKK terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib”, - məlumatda bildirilib.