Son altı ayda Fransa və Rusiya prezidentlərinin telefonla danışıqları 100 saat çəkib.

"Unikal" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron regional media orqanlarına müsahibəsində bildirib.

"Ukraynadakı vəziyyət həqiqətən gərgindir, ona görə də mən buna çox vaxt və enerji sərf etmişəm. Rusiya Prezidenti Vladimir Putinlə dekabr ayından bu yana nə qədər söhbət etdiyimi saymaq artıq çətindir", - deyə bildirib.

"Biz ən azı yüz saat danışmışıq", - Fransa lideri əlavə edib.