Pakistanın bəzi bölgələrində termometrlər 51 dərəcə Selsini göstərib.
"Unikal" xəbər verir ki, istilər səbəbindən ən azı 3 nəfər ölüb.
Meteoroloqların məlumatına görə, qızmar istidən ən çox zərər çəkən bölgələr cənubdakı Sind və şimal-şərqdəki Pəncab olub.
Anomal hava şəraitinin ən azı bir həftə daha davam edəcəyi gözlənilir.