Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal" -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 29, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 8 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 176 634, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 309 703, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 796 500, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 855 817, pozitiv nəticədən sonra buster doza olunanların sayı 214 614 təşkil edir.