Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 245 vaksin vurulub.

"Unikal” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 355 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 25 941 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 772 313, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 107 205, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 601 258 nəfər təşkil edir.

Ümumilikdə isə 1 063 850 buster doza vurulub.