Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub.

Unikal.org  “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkənin 5 iri şəhəri - Tbilisi, Batumi, Rustavi, Kutaisi və Zuqdididə bu gündən etibarən ictimai nəqliyyatın fəaliyyəti bərpa edilib. 

Qeyd edək ki, Gürcüstanda koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbindən avqustun 14-dən iri şəhərlərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.