Türkiyənin Hatay şəhərində meşə yanğını baş verib.

Unikal.org "Haber Global"a istinadən xəbər verir ki, hadisə şəhərin Antakya rayonunda olub.

Bildirilib ki, Habibi-Neccar dağı ətrafında meşəlik ərazidə yanğın yaranıb. Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Ağarza Elçinoğlu