Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və  Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş - 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, Müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib.Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verilib.