ATƏT-in Minsk Qrupunun Rusiyadan olan yeni həmsədri İqor Xovayev Ermənistanda səfərdədir.

Unikal.org  xəbər verir ki, bu məlumatı Ermənistan mətbuatı yayıb. Məlumata görə, o, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Görüşün başqa detallarını XİN açıqlamayıb.

Qeyd edək ki, Xovayev avqustun 31-də Bakıda səfərdə olmuşdu.