Nəqliyyat Könüllüləri üçün "TED Talks" formatında “Sərnişindaşımanın vahid mərkəzdən idarəedilməsi” mövzusunda Mərkəzləşdirilmiş vahid dispetçer şöbəsinin müdiri Vüqar Məmmədzadə tərəfindən təqdimat keçirilib.

BNA-dan Unikal.org-a verilən məlumata görə, sərnişindaşıma fəaliyyətinin təşkili, Bakının marşrut xətti şəbəkəsi, dispetçer xidmətinin təşkili, müntəzəm sərnişindaşımada nağdsız ödəniş sisteminə keçid, avtobusların operativ və dəqiq idarəedilməsi barədə könüllülərə məlumatlar verilib. Sual-cavab formatında könüllüləri maraqlandıran mövzular müzakirə olunub.

Könüllülərimizin bilik və bacarıqlarının artırılması üçün təcrübə müddətində davamlı olaraq mütəxəsislərimiz tərəfindən maraqlı təlimlər və təqdimatlar keçirilir.