Dünya Sağlamlıq Təşkilatının Avropa direktoru Kluge,  koronavirusun Avropanın 33 ölkəsində yoluxma hallarının yüzdə 10-dan çox artdığını açıqlayıb. 

Unikal.org  xəbər verir ki, o, bu barədə  mətbuat  konfransı zamanı  qeyd edib. Belə  ki,  Kluge son dövrdə koronavirusa  yoluxma hallarının sayının sürətlə artdığını bildirərək,  narahatlıq keçirdiyini  ifadə edib. 

"Son 14 gündə infeksiya nisbətinin yüzdə 10-dan çox olduğunu vurğulamaq istəyirəm. Bu artım xəstəxanalara böyük təzyiq göstərəcək və ölüm sayının artmasına səbəb olacaq", -deyə  ÜST rəsmisi bildirib. .

Digər tərəfdən, Kluge, hadisələrin və ölüm sayının artmasının bir səbəbinin qadağaların və məhdudiyyətlərin yumşalması, insanların səyahət etməsini  göstərib.

Gülayə Mecid