Əfqanıstanda ''Barış Studiyası'' adlı siyasi müzakirə proqramına qatılan "Taliban"  üzvləri  diqqət  çəkib.  

Unikal.org xəbər verir ki, onlar  verilişə  silahları  ilə  birlikdə  çıxıb.  Aparıcının qorxulu baxışları isə diqqətdən yayınmayıb.  Hətta proqramda siyasi  mövzularda  müzakirə  aparan  "Taliban"  üzvlərindən biri  "Amerikanı bir gün məğlub edə biləcəyimizdən əmin idik",- deyə  ifadə  işlədib.  "Taliban"çıların silahla verilişə  qatılması sosial mediada geniş əks -səda doğurub.  

Hətta  proqram tənqid hədəfinə  çevrilib. 

Gülayə  Mecid