Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 avqust - Zəfər Bayramı münasibətilə Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.

Unikal.org “Hurriyet”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti “Anıtkabir”ə əklil qoyub. Daha sonra Türkiyə Prezidenti "Anıtkabir" özəl dəftərini imzalayıb.

“Əziz Atatürk, müstəqilliyimizə gedən yolun qızıl həlqələrindən bri olan Böyük Zəfərin 99-cu ildönümündə yenə hüzurundayıq. Bu tarixi gündə sizi və əziz şəhidlərimizi rəhmətlə yad edirik. Türkiyəni bizlərə qoyduğunuz hədəflərə uyğun olaraq parlaq gələcəyə aparırıq. Müdafiə sənayesində atdığımız addımlarla millətimizin göz bəbəyi olan Türk Silahlı Qüvvələrinin gücünü hər sahədə daha da artırırıq. Demokratiyada, ədalətdə, hüquq və azadlıqlarda həyata keçirdiyimiz islahatlarla xalqla cümhuriyyət arasındakı bağı möhkəmləndiririk. Əmanətiniz olan Türkiyə Cümhuriyyəti əmin əllərdədir. Ruhun şad olsun”, - Ərdoğan qeyd edib.

Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və digər rəsmilər ziyarətdə iştirak ediblər.