"Bu tip xəbərləri yayanlar aparıcıdan,  layihə rəhbərindən maraqlanar,  dəqiqləşdirər.  Yayılan xəbərlər  əsassızdır". 

Bunu Unikal.org-a  açıqlamasında "Həmin Zaur" verilişinin aparıcısı  Zaur Kamal  deyib.  O,  ekran işinin yeni mövsum üçün hazırlıq işlərinin getdiyini  dilə  gətirib:

"Hər zaman  olduğu  kimi,  bu  mövsumdə  də  xaricdə  çəkilişlərimiz olacaq.  Mən bunu "Instagram" üzərindən də  bildirmişəm. Verilişin yayımının  dayandırılması  isə yalnış məlumatdır".

Gülayə  Mecid

***12:42

Aparıcı Zaur Kamalın "Həmin Zaur" proqramının yayımı dayandırılıb.

Unikal.org  xəbər verir ki, həftə içi beş gün ARB TV-də yayımlanan ekran işi yeni mövsümdə efirə getməyəcək.

Hazırda Zaur başqa bir layihə üzərində çalışır. O, yeni verilişinin çəkilişlərini Türkiyədə aparır.(axşam.az)