Avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Xətai Rayon Prokurorluğundan Unikal.org-a bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilmişdir.

Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Orxan Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib.

***

09:19

Bakının Xətai rayonundq qətl hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb.

Belə ki, “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb. O.Şahbazov saxlanılıb.(apa)