Taliban lideri Heybətulla Axundzada siyasi məhbusların azad edilməsini əmr edib.

Unikal.org  xəbər verir ki, bu barədə Talibanın sözçüsü Qari Yusif Əhmədi bildirib.

"İslam Əmirliyinin ali rəhbəri Şeyx Əl-Hədis Heybətulla Axundzada bütün həbsxanalardan siyasi məhbusların azad edilməsini əmr etdi. Əyalət qubernatorları adi və məşhur siyasi məhbusların hamısını qeyd-şərtsiz olaraq ölkə həbsxanalarından azad edəcəklər. Sabahdan etibarən onları ailələrinə təhvil verəcəklər",- Əhmədi "Twitter"də yazıb.

Gülayə  Mecid