Xəbər verdiyimiz kimi, Ermənistanın  yeni  xarici işlər naziri təyin olunub.  

Unikal.org  xəbər verir ki, təyinata əsasən,  Ermənistan parlamentinin sabiq spikeri  Ararat Mirzoyan XİN rəhbəri  olub.

Xatırladaq ki, Ermənistanın 2-ci Qarabağ müharibəsində məğlub olmasından sonra vətəndaşlar İrəvanda keçirdikləri etiraz aksiyasında Ararat Mirzoyanı döymüşdülər.  Noyabrın 10-da baş verən iğtişaşlar zamanı kütlə tərəfindən linç edilən spiker ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

O, həmin vaxt Ermənistan Parlamentinin sədri vəzifəsində işləyirdi.

Gülayə  Mecid