Bakıda fəaliyyət göstərən daha bir marşrut xətti kart sisteminə keçir.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, sabahdan 130 nömrəli marşrut xətti ( Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Məlumata görə, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.