Sabirabadda qətl hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Sabirabad şəhərində qeydə alınıb. Belə ki, rayonun Ulacalı kənd sakini, 1969-cu il təvəllüdlü Ağayeva Mübarək Azadə qızı naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. Onun meyiti uşaq bağçalarından birinin qarşısında aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.(report)