Türkiyəli sosial media fenomeni Pucca ləqəbli Pınar Karagöz polis şöbəsinə aparılıb.

Unikal.org xəbər verir ki, bu barədə fenomen öz tvitter hesabında yazıb.

"Az əvvəl qapıya 2 polis gəldi. Hazırda polis idarəsinə gedirik. Hansı səbəbdən aparıldığımı açıqlamırlar. Haqqımda xeyirlisi" deyə, paylaşımda bildirilib.

Qeyd edək ki, fenomen bundan öncə də insanları narkotikdən istifadəyə təşviq edən paylaşımlara görə 5 il 10 ay həbs cəzasına məhkum edilib. Eyni zamanda ondan 66.660 TL cərimə ödəməsi tələb olunub.