AVRO-2020-də 1/8 final mərhələsinin oyunları davam edir.

Unikal.org-un məlumatına görə, indiyə qədər keçirilmiş matçların ən sürətli futbolçuları açıqlanıb.

Maraqlıdır ki, nə Kilian Mbappe, nə Kriştiano Ronaldo, nə də digər məşhur simalar ilk “10-luğ”a düşə bilib. Turnirin hələlik ən yüksək sürət yığan oyunçuları aşağıdakılardır:

1-2. Loik Neqo (Macarıstan)
Mövqeyi: sağ cinah müdafiəçisi
Sürəti: 33,8 km

Leonardo Spinatsola (İtaliya)
Mövqeyi: sol cinah müdafiəçisi
Sürəti: 33,8 km

3. Kinqsli Koman (Fransa)
Mövqeyi: sol vinger
Sürəti: 33,7 km

4. Kodi Qakpo (Niderland)
Mövqeyi: sol vinger
Sürəti: 33,6 km

5. Daniel Ceyms (Uels)
Mövqeyi: sol vinger
Sürəti: 33,5 km

6-9. Andreas Kristensen (Danimarka)
Mövqeyi: mərkəz müdafiəçisi
Sürəti: 33,3 km

Joşko Qvardiol (Xovatiya)
Mövqeyi: mərkəz müdafiəçisi
Sürəti: 33,3 km

Teemu Pukki (Finlandiya)
Mövqeyi: hücumçu
Sürəti: 33,3 km

Markos Lyorente (İspaniya)
Mövqeyi: sağ cinah müdafiəçisi
Sürəti: 33,3 km

10. Tomas Kalaş (Çexiya)
Mövqeyi: mərkəz müdafiəçisi
Sürəti: 33,1 km