"Mahir Emrelinin Ekstraklasanın ulduzu olmasını istərdim. Onun potelsialı var, amma bu liqaya çoxlu potensiallı ulduz gəlsə də, onların heç də hamısı uğurlu ola bilməyib".

Unikal.org xəbər verir ki, bunu Polşanın "Legiya" komandasının baş məşqçisi Çeslav Mixneviç "legionisci.com"a müsahibəsində deyib.

51 yaşlı mütəxəssis Emrelinin yaxşı oynaması və komandaya kömək etməsi üçün hər şeyi edəcəklərini bildirib: "Mahir ulduz ola biləcəkmi? İstərdim ki, olsun, amma öncədən heç bir qərar vermirəm. Emreli oyuna qayıtmağı sevən futbolçudur. O, öz komandasının qapısı qarşısından rəqibin cərimə meydançasınadək qaçır, daha sonra geri qayıdır. Belə bir sistemdə saniyəölçənləri uda bilən oyunçumuz olmalıdır. Bu səbəbdən, Tomas Pexart idealdır. Bu cütlüyün birgə işindən çox şey gözləyirəm".

Qeyd edək ki, "Legiya" "Qarabağ"dan ayrılan Mahir Emreli ilə 3 illik müqavilə bağlanıb.