Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, S.Bayraktar təbrikini öz tvitter səhifəsində yerləşdirib.

“Can Azərbaycanın kədəri bizim kədərimiz, sevinci sevincimizdir! Ortaq tariximizi, dilimizi, dinimizi və mədəniyyətimizi paylaşdığımız Azərbaycanın Respublika Günü mübarək olsun!”, – S.Bayraktar yazıb.