Baş Dövlət Yol Polis İdarəsi və Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində reyd keçiriblər.

Unikal.org xəbər verir ki, reyd əsasən təhlükəsizlik kəmərindən istifadə etməyən, eləcə də avtomobillərin işıq cihazlarından düzgün istifadə etməyən sürücülərin qayda pozuntusunun qarşısının alınması məqsədi daşıyıb.

Polis əməkdaşları​ sürücülərlə profilaktik söhbətlər aparıb, onlara yol hərəkəti qaydalarına ciddi əməl etməyi tövsiyə ediblər. Reyd zamanı ümumilikdə 50-yə yaxın sürücü saxlanılıb, onlardan 30-u barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimələr tətbiq olunub.