Türkiyənin Muğla vilayətində 4,8 bal gücündə zəlzələ olub.

Unikal.org-un Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi məlumata görə, mərkəzi Egey dənizinin Datça rayonu sahilində baş verən zəlzələ bu gün yerli vaxtla saat 20:05-də yerin 7,32 kilometr dərinlyində qeydə alınıb.