Bakıda yanğın olub.

Unikal.org-un xəbərinə görə, Xətai rayonu, Zığ şossesi yaxınlığında açıq ərazidə təxminən 60 m² sahədə çəlləklər və taxta tullantıları yanıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Qısa zamanda yanğın söndürülərək alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.