Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində yolda qoyulmuş bombanın partlaması nəticəsində ən azı dörd mülki şəxs ölüb.

Unikal.org  xəbər verir ki, bu barədə “Tolo News” yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, həlak olan şəxslər bir ailənin üzvləridir. Partlayışla bağlı təfərrüatlar açıqlanmayıb.