Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 115 milyon 302 min 022 nəfərə çatıb.

Unikal.org  xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 560 min 638 nəfərdir. İndiyədək 91 milyon 127 min 337 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 384 956 nəfər koronavirusa yoluxub, 8230 nəfər isə dünyasını dəyişib.