Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzinin Yoluxucu Xəstəliklərin Profilaktikası şöbəsinin rəhbəri Liana Torosyan ölkədən qaçıb.

Unikal.org  Ermənistan mətbuatına istinadən xəbər verir ki, Torosyan əvvəlcə məzuniyyət haqqında ərizə yazaraq, Polşaya gedib və bildirib ki, daha qayıtmayacaq. Onun gedişi çoxları üçün gözlənilməz olub, amma mərkəzdəki mənbələr bildirib ki, koronavirusla bağlı bəzi məsələlərdə maliyyə vəsaitlərindən sui-istifadə halları aşkarlanıb. Torosyan buna görə belə addım atıb.

Qeyd edək ki, Ermənistanda yoluxucu xəstəliklər üzrə bütün məlumatları məhz Torosyan təqdim edirdi və COVID-19 və onun profilaktikası, yayılma vəziyyəti haqqında vətəndaşları məlumatlandırırdı.