Yaponiyalı şəxs pandemiyanı əsl fürsətə çevirib. Heç bir iş görmədən pul qazanan 35 yaşlı kişinin gəliri hər kəsin marağına səbəb olub. 

Unikal.org xəbər verir ki, Şoji Morimoto adlı 35 yaşlı kişi koronavirus pandemiyası səbəbiylə tənha və depressiyaya məruz qalan yaponlara yoldaşlıq edir. Onlarla görüşərək dərdlərini dinləyir. 

Morimoto gündə 3-4 müştəri ilə görüşə biləcəyini və qazancını artıra biləcəyini söyləyir. Qazandığı pulun qarşılığında yemək, içmək və qarşı tərəfin suallarına və danışmalarına sadə cavab vermək kimi dünyəvi tapşırıqları yerinə yetirən Morimoto, qısa müddətdə, xüsusən sosial mediada fenomen olub. 

Belə ki, hər pasiyentindən 10 min yen (təqribən 170 azn ) aldığını söyləyən Morimotunun gündəlik qazancı 2 000 manat olduğunu bildirib.